QA/QC MÜHƏNDİSİ (FİT-OUT İŞLƏRİ ÜZRƏ)

Qısa məzmun

STV Engineering Bakı şəhərində həyata keçirilən tikinti layihələri üçün Elektrik üzrə QA/QC mühəndisi axtarır. Namizəd layihədə yerinə yetirilən elektrik işlərinin texniki spesifikasiyalara, normativ tələblərə və keyfiyyət standartlarına uyğun şəkildə icrasına nəzarət etməli, sənədləşmə və sahə yoxlamalarını icra etməlidir.

Elanın təsviri


    • Elektrik işlərinin (LV, ELV, avtomatika, BMS və s.) sahədə texniki və keyfiyyət nəzarəti
    • Keyfiyyət sənədlərinin hazırlanması və idarə olunması: ITP, metod bəyanatları, yoxlama siyahıları, NCR-lər, MIR-lər və s.
    • Quraşdırılan sistemlərin layihə və texniki spesifikasiyalarla uyğunluğunun yoxlanması
    • Quraşdırma və test işlərinə nəzarət (izolyasiya testi, dövrə testləri, funksional yoxlamalar və s.)
    • Subpodratçılarla koordinasiya və işlərin izlənməsi
    • Texniki iclaslarda iştirak və keyfiyyətə dair hesabatların hazırlanması
    • Material qəbul aktlarının və as-built sənədlərinin yoxlanması
    • ISO 9001 və müvafiq keyfiyyət tələblərinə əsasən nəzarət və sənədləşmə

İş barədə məlumat

    1. Fit-out işlərinin sahədə icrasına gündəlik nəzarət və texniki yoxlamaların həyata keçirilməsi
    2. Keyfiyyətə nəzarət sənədlərinin hazırlanması və idarə olunması: ITP, metod bəyanatları, yoxlama siyahıları, NCR-lər, material qəbul aktları və s.
    3. İcra işlərinin layihə çertyojlarına və texniki spesifikasiyalara uyğunluğunun təmin edilməsi
    4. Subpodratçılar və müştəri ilə keyfiyyət üzrə koordinasiya
    5. Materialların qəbul prosesi və quraşdırma mərhələlərinə texniki nəzarət
    6. As-built sənədlərinin hazırlanması və yoxlaması
    7. Daxili və xarici auditlərdə iştirak
    8. Mövcud normativ sənədlərə və keyfiyyət standartlarına əsasən iş proseslərinin qiymətləndirilməsi

Namizədə tələblər

    • Elektrik mühəndisliyi üzrə ali təhsil
    • Tikinti layihələrində minimum 5 il elektrik üzrə QA/QC təcrübəsi
    • Elektrik və zəif cərəyan sistemləri üzrə praktik biliklər
    • IEC, BS, EN, Azerenrji və digər beynəlxalq və yerli standartlara dair bilik
    • AutoCAD, MS Office və texniki sənədlərlə işləmək bacarığı
    • ITP, MIR, NCR, test protokolları və s. sənədlərin hazırlanması üzrə təcrübə
    • Dəqiq və məsuliyyətli yanaşma, güclü sənədləşmə və analitik bacarıqlar
    • Komandada işləmə və sahədə koordinasiya aparmaq bacarığı

Məlumatlandırıcı qeydlər

Maraqlanan namizədlər öz yenilənmiş CV-ləriniəlaqəli sənədlərini aşağıdakı ünvana göndərə bilərlər:

📧 hr@stv-eng.com
 📅 Son müraciət tarixi: 20 Noyabr 2025

E-mail mövzu hissəsində “QA/QC mühəndisi (Elektrik) – [Sizin Adınız]” yazılması xahiş olunur.

Добавить комментарий

Оставить комментарий

yenilə, əgər kod görünmürsə

Xidmətlərlə bağlı sualınız var? Biz sizə zəng edək