VAKANSİYA ELANI: SAHƏ MEMARI (FİT-OUT, FASAD VƏ LANDŞAFT ÜZRƏ TƏCRÜBƏLİ)

Qısa məzmun

STV Engineering Bakı şəhərində yerləşən mühüm layihə üçün memar vəzifəsinə təcrübəli, detallara diqqətli və sənədlərlə işləməkdə peşəkar namizəd axtarır. Namizəd fit-out işləri, fasad sistemləri və landşaft memarlığı sahəsində təcrübəyə malik olmalı, layihələndirmə və icra proseslərinə nəzarəti həyata keçirməlidir.

Elanın təsviri

    •    Fit-out, fasad və landşaft dizaynlarının texniki tələblərə və layihəyə uyğunluğunun yoxlanması
    •    Subpodratçıların təqdim etdiyi memarlıq çertyojlarının və shop drawing-lərin nəzərdən keçirilməsi
    •    Sahədə yerində yoxlamaların aparılması və memarlıq işlərinin keyfiyyətinə nəzarət
    •    Normativ sənədlərə və spesifikasiyalara uyğunluğun təmin edilməsi
    •    Layihənin icrası zamanı memarlıq dəyişiklərinin idarə olunması və qeydiyyatı
    •    As-built sənədlərinin və dizayn reviziyalarının yoxlanılması
    •    Texniki iclaslarda iştirak və interdisiplinar koordinasiyanın təmin edilməsi

İş barədə məlumat

Namizədə tələblər

    •    Memarlıq üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi)
    •    Fit-out, fasad və landşaft sahəsində minimum 5 il iş təcrübəsi
    •    Yüksək səviyyədə texniki çertyojları oxuma və sənədlərlə işləmə bacarığı
    •    AutoCAD, Revit, SketchUp, MS Office və digər dizayn proqramları ilə işləmə bacarığı
    •    Layihə spesifikasiyaları və tikinti normaları (BS, EN, SNIP və s.) üzrə biliklər
    •    Komanda ilə işləmə və strukturlaşdırılmış hesabat vermə bacarığı
    •    Sahədə memarlıq nəzarəti və texniki yönləndirmə təcrübəsi

Məlumatlandırıcı qeydlər

Maraqlanan namizədlər öz yenilənmiş CV-lərini, portfolio və əlaqəli sənədlərini aşağıdakı ünvana göndərə bilərlər:

📧 hr@stv-eng.com
 📅 Son müraciət tarixi: 20 Noyabr 2025

E-mail mövzu hissəsində “Sahə Memarı (Fit-out/Fasad/Landşaft) – [Sizin Adınız]” qeyd olunmalıdır.

Добавить комментарий

Оставить комментарий

yenilə, əgər kod görünmürsə

Xidmətlərlə bağlı sualınız var? Biz sizə zəng edək