VAKANSİYA ELANI: QA/QC MÜHƏNDİSİ (MÜLKİ İŞLƏR ÜZRƏ)

Qısa məzmun

STV Engineering Bakı şəhərində həyata keçirilən tikinti layihələri üçün mülki işlər üzrə QA/QC mühəndisi axtarır. Namizəd sahədə icra olunan beton, bünövrə, kərpic hörgüsü, su izolyasiyası və digər mülki işlərin layihə, texniki spesifikasiyalar və beynəlxalq keyfiyyət standartlarına uyğun icrasına nəzarət etməlidir.

Elanın təsviri

    •    Sahədə gündəlik tikinti proseslərinə nəzarət və keyfiyyət yoxlamalarının həyata keçirilməsi
    •    Beton tökmə, qəlibləmə, armaturlama, su izolyasiyası və s. üzrə texniki nəzarət
    •    Keyfiyyət sənədlərinin hazırlanması və idarə olunması: ITP-lər, yoxlama siyahıları, metod bəyanatları, MIR, NCR və s.
    •    As-built sənədlərinin hazırlanması və yoxlanması
    •    Subpodratçılar və layihə komandası ilə koordinasiyalı şəkildə işləmək
    •    Material qəbul proseslərinə və laboratoriya testlərinə nəzarət
    •    Yüksək keyfiyyət standartlarına uyğun icranın təmin edilməsi
    •    Keyfiyyət üzrə daxili və xarici auditlərdə iştirak
    •    Gündəlik və həftəlik keyfiyyət hesabatlarının hazırlanması

İş barədə məlumat

Namizədə tələblər

    •    Mülki mühəndislik üzrə ali təhsil
    •    Mülki işlər üzrə QA/QC sahəsində minimum 5 il iş təcrübəsi
    •    Tikinti çertyojlarını oxuma və texniki spesifikasiyalarla işləmə bacarığı
    •    MS Office, AutoCAD və digər texniki proqramlarda işləmə bacarığı
    •    ISO 9001 və müvafiq keyfiyyət sistemləri üzrə bilik
    •    Sahə nəzarəti, sənədləşmə və texniki hesabat hazırlama bacarığı
    •    Problemlərin operativ həlli və komandada işləmə bacarığı
    •    Detallara diqqətli və məsuliyyətli iş yanaşması

Məlumatlandırıcı qeydlər

Maraqlanan namizədlər öz yenilənmiş CV-lərini və əlaqəli sənədlərini aşağıdakı ünvana göndərə bilərlər:

📧 hr@stv-eng.com
 📅 Son müraciət tarixi: 20 Noyabr 2025

E-mail mövzu hissəsində “QA/QC mühəndisi (Mülki işlər) – [Sizin Adınız]” qeyd olunmalıdır.

Добавить комментарий

Оставить комментарий

yenilə, əgər kod görünmürsə

Xidmətlərlə bağlı sualınız var? Biz sizə zəng edək